main-post-cover

    Samsung ViewFinity S9 LS49C954U monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    21.12.2023
    Emil Nəcəfov
         Samsung şirkəti ViewFinity monitor seriyasında ViewFinity S6 S65TC ilə yanaşı daha bir modeli təqdim edib. İkinci monitor Samsung ViewFinity S9 LS49C954U adını əldə edib. Beləliklə Samsung ViewFinity S9 LS49C954U monitoru 120 Hz-lik təsvir yenilənməsinə sahib 5120x1440 piksel keyfiyyətli 49 düym əyilmiş VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir və o, VESA DisplayHDR 400 dəstəyinə sahibdir.
         Ekran DCI-P3 rəng diapazonunun 92%-ni, sRGB rəng diapazonunun isə 115%-ni əhatə edir. Monitor özündə DisplayPort 1.4, HDMI 2.0, USB-A 3.0, USB-B, USB-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. Üstəlik monitora hər biri 5 vatt gücündə olan iki ədəd səsgücləndirici də quraşdırılıb. Samsung ViewFinity S9 LS49C954U artıq Cənubi Koreyada 1145$ qiymətində satışa çıxıb. Monitorun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung ViewFinity S6 S65TC monitoru təqdim edilib - QİYMƏTİ
    samsung-viewfinity-s6-s65tc-monitoru-teqdim-edilib-qiymeti
    Samsung Galaxy S24 smartfonlarının ilk rəsmi render fotoları təqdim edilib
    samsung-galaxy-s24-smartfonlarinin-ilk-resmi-render-fotolari-teqdim-edilib
    Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy A52 5G üçün istifadəyə verilib
    android-14-esasli-oneui-60-in-stabil-versiyasi-samsung-galaxy-a52-5g-ucun-istifadeye-verilib
    Samsung Galaxy S25 və S25+ smartfonları daha köhnə kamera sensorunu əldə edə bilərlər
    samsung-galaxy-s25-ve-s25-smartfonlari-daha-kohne-kamera-sensorunu-elde-ede-bilerler
    Samsung Galaxy A55 smartfonu Geekbench testlərindən keçib
    samsung-galaxy-a55-smartfonu-geekbench-testlerinden-kecib