Samsung Watch smart saatları üçün qandakı şəkər miqdarının kontaktsız monitorinqi texnologiyiası hazırlanır
Qandakı şəkər miqdarının daimi şəkildə monitorinqi sayəsində şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar qanlarındakı şəkər miqdarının idarəsi barəsində vacib məlumatı əldə edirlər. Lakin qandakı şəkər miqdarını ölçməyə imkan verən cihazlar hələ də qan nümunəsinin əldə olunması mövzusunda iynənin barmaqla fiziki toxunuşunu tələb edirlər. Samsung öz növbəsində qandakı şəkər miqdarını heç bir fiziki kontakt olmadan ölçməyə imkan verəcək texnologiya üzərində çalışır.
Smart cihazlar müxtəlif sensorlar vasitəsilə istifadəçi səhhəti barəsində müxtəlif məlumatları əldə edərək böyük fayda verirlər. Məsələn onlar istifadəçinin atdığı addımların sayını, yandırdığı kalorinin miqdarını, ürək döyüntüləri tezliyini, qandakı oksigen miqdarını və hətta dəri temperaturunu belə ölçə bilirlər. Lakin bununla belə şirkətlər smart cihazların imkanlarını daha da genişləndirməyə hədəfləniblər. Samsung öz növbəsində bu istiqamətdə əldə etmiş olduğu nailiyyətlərdən danışıb.
Sax-Xose şəhərində keçirilmiş Samsung Health tədbiri çərçivəsində şirkətin top menecerlərindən biri bildirib ki, Samsung hal-hazırda qandakı şəkər miqdarının kontaktsız şəkildə monitorinqi texnologiyası üzərində çalışır. Bu texnologiyanın nə zaman istifadəyə veriləcəyi açıqlanmayıb. Lakin qeyd edilib ki, Samsung mütəxəssisləri bu işdə böyük nailiyyət əldə ediblər. Qeyd etmək lazımdır ki, bu texnologiyanın Galaxy Watch smart saatlarına inteqrasiyası öz növbəsində onların satışlarını olduqca yüksəldə bilər.