
Samsung xüsusi kampaniya çərçivəsində Galaxy Watch FE-ni hədiyyə kimi təklif edir
Cihazlar+
07.06.2024
Emil
Son zamanlarda Samsung Galaxy Watch FE barəsində olduqca çoxlu sayda məlumat ortaya çıxıb. Bu isə smart saatın yaxın zamanda təqdim olunacağına işarə edir. Lakin sözügedən smart saat düşünüldüyündən daha tez təqdim edilə bilər. Məsələ burasındadır ki, şirkət Galaxy Watch FE-nin təqdimatını gözləmədən onunla bağlı Belçikada promo-aksiyaya start verib. Promo-aksiyaya əsasən iyun ayının sonuna kimi Galaxy S24, S24+ və S24 Ultra smartfonlarından birini əldə edəcək və Orange və ya VOO mobil operatorlarında abunəlik qeydiyyatı edəcək şəxslərə Galaxy Watch FE smart saatı hədiyyə veriləcək. Bu promo-aksiya vasitəsilə Samsung şirkəti Galaxy Watch FE smart saatının mövcudluğunu faktiki olaraq rəsmi şəkildə təsdiqləmiş oldu. Promo-aksiyaya start verildiyinə görə Galaxy Watch FE artıq yaxın günlərdə təqdim edilə bilər.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
