
Samsung yeni iMac analoqunu təqdim edib - QİYMƏTİ
Cihazlar+
08.04.2024
Farid
Samsung şirkəti All-In-One Pro adlı yeni iMac analoqunu təqdim edib. Şirkətin bu yeni monobloku 4K keyfiyyətli nazik ekranı, Intel Core prosessorunu və yüksək satış qiymətini əldə edib. Beləliklə Samsung All-In-One Pro monobloku 4K keyfiyyətli 27 düym ekranla təchiz olunub və Intel Core Ultra preosessoru vasitəsilə çalışır. Samsung All-In-One Pro 16 GB RAM-a və 256 GB-lıq SSD-yə sahibdir. Monoblokun gövdəsinin qalınlığı 6.5 mm təşkil edir və o özündə veb kamera ilə Dolby Atmos dəstəkli səsgücləndiriciləri birləşdirir.

Monoblok HDMI, USB Type-A, Ethernet girişlərinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibdir. Üstəlik monoblok Bluetooth 5.3 və Wi-Fi 6E texnologiyalarını dəstəkləyir. Monoblokda əməliyyat sistemi qismində Windows 11 Home çıxış edir. Samsung All-In-One Pro-nun komplektinə klaviatura və mouse daxildir. Monoblok artıq Cənubi Koreyada satışa çıxıb və onun qiyməti 1469$ təşkil edir. Samsung All-In-One Pro-nun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
