Logo
    main-post-cover

    Samsung yeni orta səviyyəli smartfonlarında proqram təminatı dəstəyinin müddətini uzadacaq

    Cihazlar+
    16.01.2025
    Emil
         Samsung bu il yeni orta səviyyəli smartfonlarını təqdim edəcək. Söhbət, Galaxy A, Galaxy FGalaxy M seriyalarının smartfonlarından gedir. Bu seriyaların yeni smartfonlarında təkcə texniki imkanlar yenilənməyəcək. Belə ki, gözləntilərə əsasən Samsung öz yeni orta büdcəli smartfonlarında proqram təminatı dəstəyinin müddətini də uzadacaq.
          Sammobile saytı tərəfindən təqdim edilmiş məlumatda qeyd edilib ki, Samsung-un yeni orta səviyyəli smartfonlarında proqram təminatı dəstəyinin müddəti 5 ildən 6 ilə kimi uzadılacaq. Məsələn keçən il təqdim edilmiş Samsung Galaxy A16 5G smartfonu 6 illik dəstək müddətinə sahibdir. İndi isə Samsung bu strategiyasını digər yeni orta səviyyəli smartfonlarında tətbiq etməyə hədəflənib. Bununla belə şirkətin hətta büdcəli smartfonlarında da bu addım atıla bilər.
    Paylaş