Logo
    main-post-cover

    Samsung yeni təqdimat tədbiri Samsung Event-i anons edib

    Cihazlar+
    28.08.2025
    Emil
         Samsung şirkəti Galaxy Event adlı yeni təqdimat tədbirini anons edib. Sözügedən təqdimat tədbiri 4 sentyabr tarixində baş tutacaq. Təqdimat onlayn formatda keçiriləcək. Şirkət tədbirdə Galaxy S25 seriyasının ən yeni modelini və premium süni intellekt planşetlərini təqdim edəcəyini vəd edib. Güman edilir ki, söhbət Samsung Galaxy S25 FE smartfonundan, həmçinin Galaxy Tab S11Galaxy Tab S11 Ultra planşetlərindən gedir. Koreyalı istehsalçı həmçinin bildirib ki, tədbirin ərəfəsində Berlində keçiriləcək IFA 2025 sərgisi çərçivəsində mətbuat konfransı da təşkil olunacaq - sərgi 5 sentyabrda açılacaq. Anonsu gözlənilən cihazların sayını şirkət açıqlamayıb, lakin öz saytında və ya Shop Samsung tətbiqində ən son Galaxy Tab cihazlarını sifariş edən hər kəsə 50$ məbləğində endirim ediləcəyini bildirib. Bu vəsaiti şirkətin brend smartfonlarına, planşetlərinə, ağıllı üzüklərinə və saatlarına, qulaqlıqlarına, kompüterlərinə və aksesuarlarına xərcləmək mümkün olacaq - lakin sifariş edilən cihazın özünə tətbiq olunmayacaq.
    Paylaş