Logo
    main-post-cover

    Şarj etmək üçün taxılan bir iPhone 14 Pro Max anidən bomba kimi partlayıb!

    Cihazlar+
    06.11.2024
    Farid

         Çində şarjda olan bir iPhone 14 Pro Max qəfil bomba kimi partlayıb. Telefonun sahibi kiçik xəsarət alıb və hadisə ilə bağlı araşdırmalara başlanılıb.

         Çində yaşanan bu hadisədə, bir qadın şarjda olan iPhone 14 Pro Max cihazının qəfil alovlandığını görüb. Alovlara müdaxilə etmək istəyərkən qadın kiçik xəsarətlər alıb. Xoşbəxtlikdən, xəsarət ciddi olmayıb. Fotodan da görüldüyü kimi, alovların məhv etdiyi iPhone 14 Pro Max-dan geriyə demək olar ki, heç nə qalmayıb. Qeyd edək ki, bədbəxt hadisənin qurbanı olan qadın bu smartfonu 2022-ci ildə aldığını və zəmanət müddətinin bitdiyini bildirib.
         Bu dəhşətli hadisənin səbəbi Apple-ın aparacağı analizlərdən sonra məlum olacaq. Lakin burada birbaşa Apple-ı günahlandırmağın tez olduğunu deyə bilərik. Çünki cihazın yanmadan əvvəl təmir vəziyyəti ilə bağlı hər hansı bir məlumat verilməyib. Batareyanın orijinal olub-olmaması və cihazda icazəsiz müdaxilə edilib-edilməməsi də məlum deyil.
    Paylaş