
Snapdragon 7 Gen 3 prosessoru hansı brendlərin smartfonlarında istifadə ediləcək?
Cihazlar+
17.11.2023
Emil
Qualcomm şirkəti özünün orta səviyyəli Snapdragon 7 Gen 3 prosessorunu yenicə təqdim etdi. Lakin internetdə artıq sözügedən prosessoru öz cihazlarında istifadə edəcək şirkətlərin siyahısı ortaya çıxıb. Beləliklə insayderlərin vermiş olduqları məlumata əsasən Snapdragon 7 Gen 3 prosessoru OPPO, ZTE, iQOO, Honor, Sony, OnePlus, Redmi, Realme və vivo şirkətlərinin smartfonlarında istifadə ediləcək. Sözügedən prosessor vasitəsilə çalışacaq ilk smartfon isə Honor 100 olacaq. Qeyd etmək lazımdır ki, Honor 100 smartfon seriyası 23 noyabr tarixində təqdim ediləcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
