Logo
    main-post-cover

    Snapdragon 8 Gen 2-ni əldə edəcək ilk smartfonların istehsalçıları məlum olub

    Cihazlar+
    16.11.2022
    Emil
        Bugün Qualcomm özünün yeni flaqman proesessoru olan Snapdragon 8 Gen 2-ni təqdim edib. Bununla yanaşı sözügedən prosessoru öz smartfonlarında istifadə edəcək ilk istehsalçılar məlum olub. Belə ki, Qualcomm həmin şirkətlərin siyahısını təqdim edib. Beləliklə Snapdragon 8 Gen 2-ni öz smartfonlarında istifadə edəcək şirkətlər arasında Xiaomi, ASUS, Honor, iQOO, Motorola, Nubia, OnePlus, OPPO, REDMAGIC, Redmi, Sharp, Sony, Vivo, Meizu ZTE var.
        İstehsalçılar konkret olaraq hansı smartfon modellərinin sözügedən yeni prosessoru əldə edəcəkləri barəsində məlumat verməsələr də, siyahıda hansı cihazların olduqlarını anlamaq elə də çətin deyil. Sözügedən smartfonlara misal olaraq OnePlus 11, Vivo X90 Pro+, iQOO 11, Motorola X40, OPPO Find X6 Pro Xiaomi 13-ü gətirmək oalr. Gözləntilərə əsasən istehsalçılardan bəziləri Snapdragon 8 Gen 2-yə sahib smartfonlarını bu ilin sonuna kimi təqdim edəcəklər. Lakin təqdim olunacaq smartfonların satışlarına çox güman ki, gələn ilin əvvəlində start veriləcək.
    Paylaş
    Bənzər xəbərlər