
Snapdragon X Plus prosessoru vasitəsilə çalışacaq ilk noutbukun fotoları təqdim edilib
Cihazlar+
14.05.2024
Emil
Lenovo şirkətinin hələ təqdim olunmamış Lenovo IdeaPad Slim 5 adlı yeni noutbukunun fotoları təqdim edilib. Qeyd etmək lazımdır ki, sözügedən noutbuk Qualcomm-un keçən ay təqdim etmiş olduğu Snapdragon X Plus desktop prosessoru vasitəsilə çalışacaq. Fotolarla yanaşı noutbukun bəzi texniki imkanları da təqdim edilib. Təqdim edilmiş fotolara əsasən Lenovo IdeaPad Slim 5 noutbuku HDMI, microSD, USB-C, USB-A girişlərinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahib olacaq.
Xəbərin əvvəlində də qeyd edildiyi kimi sözügedən noutbuk Snapdragon X Plus prosessoru vasitəsilə çalışacaq. Gözləntilərə əsasən bu yeni noutbuk performans baxımından Intel Meteor Lake prosessoru vasitəsilə çalışan 9-cu nəsil IdeaPad Slim 5-dən bir qədər zəif olacaq. Bəzi məlumatlara əsasən Snapdragon X Plus vasitəsilə çalışacaq Lenovo IdeaPad Slim 5 noutbuku 60 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 14 düym OLED ekran ilə təchiz olunacaq.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
