Logo
    main-post-cover

    Sony 10 illik yubileyə özəl “ColleXion” qulaqlıqlarını təqdim edir

    Cihazlar+
    18.05.2026
    Sevinj
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Sony mayın 19-da təqdim olunacağı gözlənilən yeni premium sinif qulaqlıqları ilə diqqət mərkəzinə düşüb. Şirkət bir neçə gün əvvəl “bir şah əsər sizi gözləyir” mesajı ilə yeni WH-1000XX “ColleXion” modelinə işarə etmişdi. İndi isə sızdırılan yeni məlumatlar və görüntülər bu modelin dizaynını və texniki xüsusiyyətlərini demək olar ki, tam şəkildə ortaya çıxarıb.
    Sony To Launch New The ColleXion Premium Wireless Headset In Two Colours -  Lowyat.NET
        Məlumata görə, “ColleXion” modeli Sony-nin məşhur WH-1000 seriyasının 10 illik yubileyinə həsr olunmuş daha lüks versiyası olacaq. Dizayn baxımından cihaz şirkətin əvvəlki XM seriyalarından daha premium görünüşə sahibdir. Qulaqlıq metal detallarla, daha qalın baş hissəsi və qulaq yastıqları ilə fərqlənir. Model ağ və qara rəng seçimlərində təqdim ediləcək. Qara versiyada xrom əvəzinə qara metal elementlərdən istifadə olunacağı bildirilir.
        Qutunun içərisinə 1,2 metrlik 3.5 mm audio kabeli və xüsusi dizayna malik daşıma qutusu daxil ediləcək. Daşıma qutusunda tutacaq hissəsi və maqnitli bağlanma mexanizmi də yer alacaq ki, bu da məhsulun premium seqmentə yönəldiyini göstərir. Texniki tərəfdən isə “ColleXion” modeli 24 saata qədər aktiv səsboğma (ANC) ilə batareya ömrü, 6 mikrofonlu AI beamforming sistemi, adaptiv səsboğma optimallaşdırıcısı və “studiya səviyyəli səs keyfiyyəti” vədi ilə gələcək.
        Ən diqqətçəkən detal isə qiymətdir. Sızmalara əsasən, Sony yeni “ColleXion” qulaqlıqlarını 649 dollar qiymət etiketi ilə təqdim edə bilər. Bu isə hazırkı flaqman model olan WH-1000XM6-dan təxminən 200 dollar daha bahadır. Yeni model premium qulaqlıq bazarında daha çox lüks seqment istifadəçilərinə və Bowers & Wilkins kimi brendlərə alternativ axtaranlara yönələ bilər.
    Paylaş