Logo
    main-post-cover

    Sony “Demon’s Souls” remeykinin müəllifi Bluepoint Games studiyasını bağlayır

    Cihazlar+
    20.02.2026
    Ilhama
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Sony məşhur “Demon’s Souls” və “Shadow of the Colossus” remeyklərinin müəllifi olan Bluepoint Games studiyasını bağlamaq qərarı verib. Bu barədə Bloomberg məlumat yayıb.
        Məlumata görə, qərar şirkət daxilində aparılan “biznes baxışı”ndan sonra qəbul olunub. Studiyanın rəsmi olaraq mart ayında bağlanacağı və təxminən 70 əməkdaşın işini itirəcəyi bildirilir. Sony Bloomberg-ə açıqlamasında Bluepoint komandasını “son dərəcə istedadlı” adlandıraraq onların PlayStation icmasına yüksək keyfiyyətli layihələr təqdim etdiyini vurğulayıb və komandaya təşəkkür edib. Bluepoint Games 2022-ci ildə çıxan God of War: Ragnarok oyununun hazırlanmasında Santa Monica Studio ilə birlikdə iştirak etmişdi. Daha sonra studiyaya “God of War” kainatında live-service formatında yeni oyun üzərində işləmək tapşırılmışdı. Lakin həmin layihə 2025-ci ildə, Bend Studio-nun oyunu ilə birlikdə ləğv edilib.
        Sony-nin son illərdə live-service strategiyası uğurlu alınmayıb. Məsələn, çox gözlənilən multiplayer atıcı oyunu Concord buraxıldıqdan cəmi iki həftə sonra serverləri bağlanıb. Ardınca isə oyunun müəllifi olan Firewalk Studios da fəaliyyətini dayandırıb. Bluepoint Games 2021-ci ildə Sony tərəfindən satın alınmışdı və studiyanın klassik PlayStation oyunlarını yüksək səviyyədə remeyk etmə bacarığı şirkət üçün strateji üstünlük hesab olunurdu. Lakin Sony-nin premium multiplayer və live-service layihələrinə keçid və sonradan geri addım atması bir sıra studiyaların taleyinə mənfi təsir göstərib.
    Paylaş