Logo
    main-post-cover

    Sony fiziki PS5 oyun disklərindən imtina planından geri çəkilmir

    Cihazlar+
    03.08.2026
    Sevinj
        Sony 2028-ci ildən etibarən yeni PlayStation 5 oyunlarını fiziki disk formatında buraxmağı dayandırmaq planını davam etdirəcəyini açıqlayıb. Şirkət bu qərarın oyunçular arasında ciddi narazılıq yaratmasına baxmayaraq, strategiyasını dəyişməyəcəyini bildirib. Sony-nin son maliyyə hesabatından sonra keçirilən investorlarla görüşdə şirkətin maliyyə direktoru Lin Tao bu məsələ ilə bağlı sualları cavablandırıb. Onun sözlərinə görə, qərarın əsas səbəbi təkcə oyunların deyil, ümumilikdə rəqəmsal məzmun istehlakının sürətlə artmasıdır.
    PlayStation 5 Achieves Milestone of 50 Million Units Sold to Consumers -  Sony Interactive Entertainment
        Lin Tao etiraf edib ki, şirkət oyunçulardan bu qərarla bağlı çoxlu tənqid və narazı rəylər alıb. O bildirib ki, fiziki oyun diskləri bir çox istifadəçi üçün nostalji və xatirələrlə bağlıdır. Buna baxmayaraq, Sony bu keçidi "ehtiyatlı şəkildə" davam etdirəcəyini vurğulayıb. Şirkət eyni zamanda qeyd edib ki, 2028-ci ildən əvvəl satışa çıxarılan oyunların fiziki disklərinin istehsalı həmin tarixdən sonra da davam edəcək. Bununla belə, 2028-ci ildən etibarən təqdim olunacaq yeni PS5 oyunları yalnız rəqəmsal formatda satışa çıxarılacaq.
    Paylaş