
Sony kompakt ölçülü smartfonlardan imtina edə bilər
Cihazlar+
10.09.2024
Emil
Kompakt ölçülü smartfonlara üstünlük verənlər üçün bazarda o qədər də geniş seçim yoxdur. Belə ki, alıcılar bu halda ya Sony şirkətinin ya da ASUS şirkətinin məhsullarına nəzər yetirirlər. Lakin ASUS bu il adi Zenfone 11-in əvəzinə Zenfone 11 Ultra smartfonunu təqdim etdi. Ortaya çıxmış məlumata əsasən Sony şirkəti də kompakt ölçülü smartfonların istehsalından imtina etməyi qərara alıb. Belə ki, şirkət bu il Xperia 5 VI smartfonunu təqdim etməyəcək.
Məlumatda qeyd edilib ki, yeni smartfon əvəzinə şirkət 1 il bundan öncə təqdim edilmiş Xperia 5 V smartfonunun doğma və qlobal bazarda satışlarını davam etdirməyi planlaşdırır. Sony nümayəndələrinin sözlərinə əsasən şirkətin Xperia 5 VI smartfonunu təqdim etmək istəməməsinin əsas səbəbi alıcıların tələbatlarında dəyişikliklərin baş verməsindədir. Görünür, kompakt ölçülü smartfonlara tələbat artıq olduqca aşağı səviyyədədir və Sony-ə bu cür yeni smartfonların hazırlanması sərf etmir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
