Logo
    main-post-cover

    Sony kompakt ölçülü Xperia 5 VI flaqman smartfonunu təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    01.09.2022
    Emil
        Sony şirkəti Xperia 1 IV flaqman smartfonunun kompakt ölçülü versiyası olan Xperia 5 IV-i təqdim edib. Təqdim edilmiş yeni smartfon da flaqman smartfonlar seriyasına daxildir. O, Xperia 1 IV-dən 2 özəlliyə görə fərqlənir. Belə ki, Xperia 5 IV modeli daha kompakt ölçülü ekrana sahibdir və onun teleobyektivində periskop kameradan istifadə edilməyib. Buna baxmayaraq Xperia 5 IV modeli flaqman prosessor, böyük həcmli batareya ilə təchiz olunub və onun kameraları daha öncə Sony-nin yalnız flaqman smartfonlarındakı kameralarında olmuş bəzi funksiyaları dəstəkləyirlər.
        Beləliklə Xperia 5 IV smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.1 düym OLED ekran ilə təchiz olunub. Ekranın özü isə Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Ön kamera ön panelin yuxarı hissəsində yerləşdirilmiş nazik çərçivədə yer alıb. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Xperia 5 IV modeli özündə həmçinin Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri, naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi və kontaktsız ödənişlər üçün NFC çipini birləşdirir.
        Əsas texniki göstəricilərə gəldikdə, smartfon Snapdragon 8 Gen 1 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 12 MP (f/1.7 diafraqma, 82 dərəcə bucaq əhatəsi, 24 mm fokus məsafəsi, 7.5 qat hibrid zoom) + 12 MP (f/2.4 diafraqma, 40 dərəcə bucaq əhatəsi) + 12 MP (f/2.2 diafraqma, 124 dərəcə bucaq əhatəsi) üçlü arxa kamera, 12 MP-lik (f/2.0 diafraqma, 83 dərəcə bucaq əhatəsi, SteadyShot stabilizasiyası) ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun arxa kameraları fotoçəkiliş zamanı optik stabilizasiyanı, videoçəkiliş zamanı isə həm optik həm də elektron stabilizasiyanı dəstəkləyirlər. Xperia 5 VI Android 12 vasitəsilə çalışır. Smartfon bu ayın ortasında 999$ qiymətində satışa çıxacaq.
    Paylaş
    Bənzər xəbərlər