Logo
    main-post-cover

    Sony-nin bayram dövründə PS5 satışları 16% azaldı

    Cihazlar+
    05.02.2026
    Ilhama
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Sony şirkəti açıqladığı son maliyyə hesabatında PlayStation 5 satışlarının bayram mövsümündə ötən illə müqayisədə əhəmiyyətli dərəcədə azaldığını bildirib. Şirkət indiyədək dünya üzrə ümumilikdə 92,2 milyon PS5 konsolu tədarük edib. Lakin cari maliyyə ilinin üçüncü rübündə (ən vacib satış dövrü) 8 milyon PS5 göndərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyon ədəd və ya 16 % azdır.
         Bu azalmaya baxmayaraq, Sony-nin oyun bölməsi daha çox mənfəət əldə edib. Buna səbəb proqram təminatı satışlarının artması və yenin zəif məzənnəsi olub. Qeyd edək ki, maliyyə ilinin ilk iki rübündə PS5 satışlarında artım qeydə alınmışdı. Bu baxımdan bayram dövründəki geriləmə bir qədər gözlənilməz hesab olunur. Bununla belə, ötən ilin eyni dövründə 9,5 milyon ədəd satışla rekord göstərici əldə edilməsi bu nəticəni istisna hal kimi göstərir.
        Proqram təminatı satışları isə olduqca uğurlu olub. Sony üçüncü rübdə 97,2 milyon oyun satıb ki, bu da ötən illə müqayisədə artım deməkdir. Eyni zamanda, PlayStation Network-də aylıq aktiv istifadəçi sayı 132 milyona çatıb.
    Paylaş