Sony orta səviyyəli Xperia 10 IV smartfonunu təqdim edib - QİYMƏTİ

Sony orta səviyyəli Xperia 10 IV smartfonunu təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
12.05.2022 PAYLAŞIM

    Dünən Sony şirkəti Xperia 1 IV adlı yeni flaqman smartfon modelini təqdim etmişdi. İndi isə şirkət orta səviyyəli Xperia 10 IV adlı smartfonunu təqdim edib. Yeni smartfonun fərqləndirici özəllikləri sırasında sudan qorunan gövdə, yüksək həcmli batareya və 10 qat hibrid zoom özəllikli əsas arxa kamera var. Beləliklə Xperia 10 IV smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib 2520x1080 piksel keyfiyyətli 6 düym OLED ekran ilə təchiz olunub. Ön kamera ekranın yuxarı hissəsindəki çərçivədə yerləşdirilib. Smartfonun gövdəsi IP65 IP68 standartları üzrə sudan və tozdan qorunur. Bununla yanaşı smartfon hər iki tərəfdən Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.


    Xperia 10 IV-də naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş, Dolby Atmos dəstəkli səsgücləndiricilər və kontaktsız ödənişlər üçün olan NFC çipinin dəstəyi reallaşdırılıb. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 695 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 12 MP (f/1.8 diafraqma, 27 mm fokus məsafəsi, 75 dərəcə bucaq əhatəsi, 10 qat hibrid zoom, optik və elektron stabilizasiya) + 8 MP (f/2.2 diafraqma, 54 mm fokus məsafəsi, 43 dərəcə bucaq əhatəsi) + 8 MP (f/2.2 diafraqma, 16 mm fokus məsafəsi, 120 dərəcə bucaq əhatəsi) üçlü arxa kamera, 8 MP-lik (f/2.0 diafraqma, 78 dərəcə bucaq əhatəsi) ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xperia 10 IV modeli Android 12 vasitəsilə çalışır. Smartfonun Avropada satışlarına iyunda start veriləcək və satış qiyməti 499 avro təşkil edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi 12S-in güman edilən ilk real fotosu internetdə ortaya çıxıb

Çinin Weibo sosial şəbəkəsində Xiaomi 12 seriyasının yeni modelinin ilk real fotosu ortaya çıxıb...


Nothing şirkətinin ilk smartfonu olacaq Nothing Phone (1) haqqında yeni məlumatl..

8 il bundan öncə ilk OnePlus One smartfonunda olduğu kimi OnePlus şirkətinin keçmiş həmtəsisçisi Car..


Samsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina..

Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 22..


Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar.


Motorola 200 MP-lik kameraya sahib yeni flaqman smartfon üzərində çalışdığını tə..

Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib.


Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib - QİYMƏTİ

Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır...

×