Sony unikal çəkiliş özəlliklərinə sahib yeni Xperia PRO-I flaqman smartfonunu təqdim edib - QİYMƏTİ
Cihazlar+
26.10.2021
Farid Pardashunas
Sony şirkəti Xperia PRO-I adlı yeni flaqman smartfonunu təqdim edib. Sözügedən yeni smartfon foto və video çəkilişi ilə bağlı unikal funsiyaları ilə fərqlənir. Belə ki, Xperia PRO-I smartfonu 1 düym ölçüsündə olan kamera sensoru ilə təchiz olunub. Beləliklə Xperia PRO-I modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli AMOLED ekran ilə təchiz olunub. Ekranın özü isə Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsinə inteqrasiya edilib. Onu da qeyd etmək lazımdır ki, smartfonun arxa paneli həmçinin Gorilla Glass 6 qoruyucu şüşəsi ilə əhatə edilib. Bununla yanaşı Xperia PRO-I modelinin gövdəsi IP65 və IP68 standartları üzrə sudan və tozdan qorunur.
Texniki göstəricilər baxımından smartfon Snapdragon 888 prosessoru, 12 GB RAM, 512 GB daxili yaddaş həcmi, 12 MP (f/2.0 + f/4.0, 24 mm fokus məsafəsi, 85 dərəcə bucaq təsviri) + 12 MP (f/2.4 diafraqma, 50 mm fokus məsafəsi, 48 dərəcə bucaq təsviri) + 12 MP (f/2.2 diafraqma, 16 mm fokus məsafəsi, 124 dərəcə bucaq təsviri) üçlü arxa kamera, 8 MP-lik (f/2.0 diafraqma, 78 dərəcə bucaq təsviri, HDR) ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
Bu smartfon saniyədə 120 kadr sürətlə 4K videoların çəkilişini və RAW formatında 12 bit-lik çəkilişləri dəstəkləyir. Smartfonun hər 3 arxa kamerası Zeiss T adlı xüsusi örtük əldə edib. Bu örtük kadrdakı mümkün parıltı işıqlarının qarşısını alır. Xperia PRO-I modeli kadrın 90%-ni əhatə edən 315 nöqtə üzrə fazalı avtofokus sistemini dəstəkləyir və həmçinin foto ilə video çəkilişi zamanı fokusun real zaman ərzində insanların və ya heyvanların gözləri əsasında təyin edilməsini təklif edir. Bu funksiya Real-time Eye adını əldə edib və şirkətin sözlərinə əsasən o, ilk dəfədir ki, mobil kamerada reallaşdırılıb. Sony Xperia PRO-I smartfonu bu ilin dekabr ayında 1799$ qiymətində satışa çıxacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!