Sony və TCL televiziya bazarında güclərini birləşdirir
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Sony televiziya avadanlıqları biznesini ayrıca bir quruma ayıracağını açıqlayıb. Şirkət bu istiqamətdə TCL ilə birgə yeni birgə müəssisə yaratmağı planlaşdırır. Qeyri-məcburi razılaşmaya əsasən, yeni qurumda TCL 51 faiz, Sony isə 49 faiz paya sahib olacaq.
Razılaşmaya görə, tərəflər mart ayının sonuna qədər hüquqi baxımdan məcburi sənədləri imzalamağı, yeni şirkətin fəaliyyətinə isə 2027-ci ilin aprelindən etibarən başlamanı hədəfləyir. Proses tənzimləyici qurumların təsdiqindən və digər şərtlərdən asılı olacaq. Yeni şirkət gələcək məhsullarda “Sony” və “Bravia” brendlərindən istifadə etməyə davam edəcək. Qurum televizorlar və ev audio sistemləri üzrə məhsulun hazırlanması, dizaynı, istehsalı, satışı və logistikasını qlobal səviyyədə idarə edəcək.
Sony bildirir ki, tərəfdaşlıq çərçivəsində şirkətin görüntü və səs texnologiyaları, brend dəyəri və əməliyyat təcrübəsi TCL-in ekran texnologiyaları, şaquli istehsal zənciri, qlobal bazar mövqeyi və xərclərin optimallaşdırılması imkanları ilə birləşdiriləcək.
Paylaş