main-post-cover

    Sony Xperia 1 VI flaqman smartfonu təqdim edilib

    Cihazlar+
    15.05.2024
    Emil Nəcəfov
         Sony şirkəti daha öncə də söz verdiyi kimi Xperia seriyasının yeni flaqman smartfonunu təqdim edib. Söhbət, Sony Xperia 1 VI-dən gedir. Sony-nin bu yeni smartfonu özündə Xperia seriyasının ənənəvi dizaynını və özəlliklərini birləşdirir. Ənənəvi özəlliklər dedikdə isə təkmilləşdirilmiş kameralar ilə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş nəzərdə tutulur. Beləliklə Xperia 1 VI smartfonu 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2340x1080 piksel keyfiyyətli 6.5 düym LTPO OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1300 nit təşkil edir və o, Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub.
         Smartfonun arxa paneli isə adi Gorilla Glass Victus qoruyucu şüşəsinə sahibdir. Onu da qeyd etmək lazımdır ki, smartfonun ekranı Sony Bravia 9 televizorunun görüntü keyfiyyəti texnologiyasını əldə edib. Bu texnologiya ekran görüntüsünün detalizasiyası ilə rəng ötürmə keyfiyyətini yüksəldir. Xperia 1 VI Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və özündə 12 GB RAM ilə 256/512 GB (1.5 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirir. Avropada bu smartfonun yalnız 256 GB daxili yaddaş həcminə sahib versiyası satılacaq. 512 GB daxili yaddaş həcminə sahib versiya isə eksklüziv olaraq Asiya regionu üçün nəzərdə tutulacaq.
         Kameralar mövzusunda smartfon 48 MP (f/1.9 diafraqma, 24 mm fokus məsafəsi, optik stabilizasiya) + 12 MP (f/2.2 diafraqma, 16 mm fokus məsafəsi, avtofokus) + 12 MP (85-170 mm fokus məsafəsi, 7.1 qat optik zoom, makro çəkiliş, optik stabilizasiya) üçlü arxa kameranı və 12 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə Xperia 1 VI smartfonu 30 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahibdir. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. Sony bildirib ki, Xperia 1 VI 3 il ərzində Android dəstəyini və 4 il ərzində təhlükəsizlik dəstəyini əldə edəcək. Sony Xperia 1 VI iyun ayının əvvəlində satışa çıxacaq və onun qiyməti 1400 avro təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni Sony Xperia smartfonlarının təqdimat tarixləri dəyişib
    yeni-sony-xperia-smartfonlarinin-teqdimat-tarixleri-deyisib
    Təqdimata hazırlaşan orta büdcəli Sony Xperia 10 VI smartfonu Geekbench testlərindən keçib
    teqdimata-hazirlasan-orta-budceli-sony-xperia-10-vi-smartfonu-geekbench-testlerinden-kecib
    Sony Xperia 1 VI flaqman smartfonunun promo materialları təqdim olunub
    sony-xperia-1-vi-flaqman-smartfonunun-promo-materiallari-teqdim-olunub
    Yaxın zamanda təqdim olunacaq Sony Xperia 1 VI flaqman smartfonunun render fotoları təqdim edilib
    yaxin-zamanda-teqdim-olunacaq-sony-xperia-1-vi-flaqman-smartfonunun-render-fotolari-teqdim-edilib
    Orta büdcəli Sony Xperia 10 VI smartfonunun render fotoları təqdim edilib
    orta-budceli-sony-xperia-10-vi-smartfonunun-render-fotolari-teqdim-edilib