
Sony Xperia 1 VI flaqman smartfonunun bəzi texniki imkanları açıqlanıb
Cihazlar+
12.03.2024
Emil
Sony yaxın zamanda Xperia smartfon seriyasının yeni flaqman modelini təqdim etməlidir. Söhbət, Xperia 1 VI adlı modeldən gedir. İndi isə insayderlər sözügedən smartfonun bəzi texniki imkanları barəsində məlumatlar veriblər. Beləliklə onların sözlərinə əsasən Xperia 1 VI smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 12/16 GB RAM-ı birləşdirəcək. Bununla yanaşı smartfon UFS 4.0 standartlı daxili yaddaş həcminə sahib olacaq. Lakin smartfonun hansı həcmdə daxili yaddaşa sahib olacağı barəsində məlumat qeyd edilməyib. Üstəlik insayderlər bildiriblər ki, Xperia 1 VI smartfonu özündə üçlü arxa kameranı birləşdirəcək və onlardan hər biri 48 MP-lik olacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
