main-post-cover

    Sony Xperia 1 VI flaqman smartfonunun promo materialları təqdim olunub

    Cihazlar+
    07.05.2024
    Farid Pardashunas
         Evan Blass adlı məşhur insayder təqdimata hazırlaşan Sony Xperia 1 VI flaqman smartfonuna dair promo materialları təqdim edib. Təqdim edilmiş promo materiallar sözügedən smartfonun xarici görünüşünü sərgiləyir və onun bəzi texniki özəlliklərini ortaya çıxarıblar. Beləliklə promo materiallara əsasən Xperia 1 VI smartfonu Sony Xperia seriyasının daha öncəki smartfon dizaynlarını özündə birləşdirəcək. Yəni bu mövzuda yeni smartfonda ciddi bir dəyişiklik gözlənilmir.
         Bir neçə gün bundan öncə ortaya çıxmış məlumatlarda qeyd edilmişdi ki, sözügedən yeni flaqman smartfon Sony Bravia ekranına sahib olacaq. İndi isə təqdim edilmiş promo materiallardan biri bu məlumatı təsdiqləyib. Fotolardan birində görmək olar ki, Xperia 1 VI smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq. Həmin fotoda həmçinin qeyd edilib ki, ultra geniş bucaqlı kamera obyektivinin effektiv fokus məsafəsi 16 mm, əsas arxa kameranın effektiv fokus məsafəsi 24 mm, teleobyektivin isə effektiv fokus məsafəsi 85 mm təşkil edəcək.
         Üstəlik məlum olub ki, Xperia 1 VI naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə, 360 dərəcəlik həcmli səsin təmini imkanına və 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Promo fotolarda smartfonun hansı prosessor vasitəsilə çalışacağı qeyd edilməyib. Lakin daha öncəki məlumat sızıntılarına əsasən smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Sony Xperia 1 VI flaqman smartfonu 17 may tarixində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yaxın zamanda təqdim olunacaq Sony Xperia 1 VI flaqman smartfonunun render fotoları təqdim edilib
    yaxin-zamanda-teqdim-olunacaq-sony-xperia-1-vi-flaqman-smartfonunun-render-fotolari-teqdim-edilib
    Orta büdcəli Sony Xperia 10 VI smartfonunun render fotoları təqdim edilib
    orta-budceli-sony-xperia-10-vi-smartfonunun-render-fotolari-teqdim-edilib
    Təqdimata hazırlaşan Sony Xperia 1 VI flaqman smartfonunun texniki imkanları açıqlanıb
    teqdimata-hazirlasan-sony-xperia-1-vi-flaqman-smartfonunun-texniki-imkanlari-aciqlanib
    Sony yeni geyinilə bilən kondisionerini təqdim edib! (VİDEO)
    sony-yeni-geyile-bilen-kondisionerini-teqdim-edib-video
    Sony növbəti flaqman Xperia smartfonunun təqdimatını anons edib
    sony-novbeti-flaqman-xperia-smartfonunun-teqdimatini-anons-edib