
Sony Xperia 1 VI flaqman smartfonunun render fotoları təqdim edilib
Cihazlar+
15.04.2024
Farid
OnLeaks ləqəbli məşhur insayder Android Headlines saytı ilə birlikdə hələ təqdim olunmamış Sony Xperia 1 VI flaqman smartfonunun render fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, sözügedən smartfon son illərdə Sony Xperia smartfonlarına xas olan dizaynı əldə edəcək. Smartfon özündə yastı gövdəni və müvafiq olaraq yastı ekranı birləşdirəcək. Məlumatda qeyd edilib ki, Xperia 1 IV-nin ekranı 2K keyfiyyətində olacaq. Smartfonun arxa panelində 3 ədəd kamera yerləşəcək. Təəssüflər olsun ki, kameraların özəllikləri barəsində ətraflı məlumat yoxdur. Xperia 1 VI-nin Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Smartfon böyük ehtimal ilə ya yaz fəslinin sonunda ya da yay fəslinin əvvəlində təqdim olunacaq.



Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
