
Sony Xperia 1 VII smartfonunun təqdimatı anons edilib
Cihazlar+
07.05.2025
Emil
Sony şirkəti öz yeni smartfonunun təqdimatını rəsmi şəkildə elan edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən Xperia seriyasının yeni modeli 13 may tarixində təqdim olunacaq. Posterdə söhbətin hansı smartfondan getdiyi qeyd edilməyib. Lakin çox güman ki, söhbət, Xperia 1 VII-dən gedir. Son məlumat sızıntılarına inansaq, Xperia 1 VII smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq, 12 GB-lıq RAM-ı əldə edəcək və qutudan Android 15-i əldə edəcək. Bununla yanaşı onun daha öncəki Xperia smartfonlarına xas olan dizaynı özündə qoruyacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
