Sony Xperia 10 V adlı yeni orta büdcəli smartfon təqdim edilib - QİYMƏTİ

Sony Xperia 10 V adlı yeni orta büdcəli smartfon təqdim edilib - QİYMƏTİ

Mobil Cihazlar
11.05.2023 PAYLAŞIM

    Sony şirkəti Xperia 1 V flaqman smartfonu ilə yanaşı həmçinin Xperia 10 V adlı yeni orta büdcəli smartfonunu da təqdim edib. Sözügedən smartfon böyük həcmli batareyaya sahib olsa da, şirkət onu yüngül smartfon kimi qələmə verir. Beləliklə Xperia 10 V smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.1 düym OLED ekran ilə təchiz olunub. Ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş heç bir çıxıntı yoxdur. Ön kamera ekranın yuxarı hissəsindəki çərçivə daxilində yerləşdirilib. Ekran əlavə olaraq Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.


    Xperia 10 V-nin gövdəsi IP68 standartı üzrə sudan qorunur və özündə stereo səsgücləndiriciləri, naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilər baxımından Xperia 10 V Snapdragon 695 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 48 MP + 8 MP + 8 MP üçlü arxa kamera, 8 MP-lik ön kamera və 21 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xperia 10 V gələn ayın ortasında satışa çıxacaq və Avropa bazarında 500 avroya satılacaq.



DAHA ÇOX


Məşhur insayder OnePlus 12 flaqman smartfonu barəsində yeni məlumatlar verib..

Artıq məlumdur ki, OnePlus şirkəti hal hazırda OnePlus 12 flaqman smartfonu üzərində çalışır...


Büdcəli Redmi 12-nin render fotoları ortaya çıxıb

Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonunu satışa çıxartmağa hazırlaşır...


Samsung Galaxy Z Flip 5-in texniki özəllikləri insayderlər tərəfindən təsdiqləni..

Samsung-un yeni qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 5 ilə Z Flip 5 barəsində məlumatlar ..


Galaxy Z Fold 5 ilə Z Flip 5-in nə zaman təqdim olunacağı Samsung tərəfindən təs..

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti öz yeni qatlana bilən s..


Qatlana bilən Honor Magic V2 smartfonu təqdimata hazırlaşır

2 ay bundan öncə Honor şirkəti Honor Magic Vs adlı qatlana bilən smartfonunu təqdim etmişdi. ..


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..

×