
Sony Xperia 10 VII-in render fotoları və texniki imkanları ortaya çıxıb
Sony Xperia smartfon seriyasında yeni modelin təqdimatına hazırlaşır. Söhbət, Sony Xperia 10 VII-dən gedir. İndi isə internetdə sözügedən smartfonun render fotoları və texniki imkanları ortaya çıxıb. Ortaya çıxmış fotolarda smartfonun yalnız arxa paneli əks olunub. Fotolardan da görmək olar ki, Sony bu yeni smartfonda şaquli şəkildə yerləşdirilmiş arxa kameralar dizaynına geri qayıdacaq. Son zamanlarda şirkət öz smartfonlarında üfüqi şəkildə yerləşdirilmiş kameralar dizaynından istifadə edirdi. Üstəlik Sony Xperia 10 VII özündə yastı gövdə dizaynını birləşdirəcək. Məlumatda qeyd edilib ki, smartfon 6.1 düym ölçülü OLED ekranla təchiz olunacaq, Snapdragon 6 Gen 3 prosessoru vasitəsilə çalışacaq, özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək və 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək.



Paylaş