Logo
    main-post-cover

    Sony yeni nəsil “True RGB” Mini LED TV texnologiyasını təqdim etdi

    Cihazlar+
    08.04.2026
    Sevinj
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Sony yeni “True RGB” adlandırdığı Mini LED TV texnologiyasını nümayiş etdirib. Şirkətin sözlərinə görə, bu texnologiya daha saf rənglər, yüksək parlaqlıq və daha geniş rəng diapazonu təqdim edir.
        Əslində “True RGB” tamamilə yeni texnologiya deyil. Bu, artıq bazarda Samsung, LG və Hisense kimi istehsalçıların istifadə etdiyi RGB Mini LED (və ya Micro RGB) yanaşmasının Sony versiyasıdır. Bu texnologiyada ənənəvi Mini LED-lərdə olduğu kimi mavi LED + kvant nöqtələri əvəzinə birbaşa qırmızı, yaşıl və mavi LED arxa işıqlandırma istifadə olunur.
        Bu yanaşma nəticəsində:
    • rəng dəqiqliyi daha yüksək olur
    • parlaqlıq artır
    • ümumi rəng həcmi (color volume) genişlənir
        Qeyd edək ki, bu texnologiya OLED display technology kimi hər pikselin ayrıca işıq mənbəyi olduğu sistem deyil. Burada hələ də LCD qat istifadə olunur, sadəcə arxa işıqlandırma daha inkişaf etmiş formadadır. Sony isə fərqi əsasən proqram təminatında görür. Şirkət bildirir ki, “True RGB” televizorlarında istifadə olunan görüntü emalı alqoritmləri onların peşəkar referans monitorlarından götürülüb. Bu isə:
    • daha dəqiq LED idarəetməsi
    • “blooming” effektinin azalması
    • bucaqdan baxış zamanı rənglərin daha stabil qalması
    kimi üstünlüklər yaradır.
        Yeni “Bravia True RGB” televizorlarının bu ilin yaz aylarında təqdim olunması gözlənilir. Şirkət yaxın zamanda əlavə texniki detalları da açıqlayacağını bildirib.
    Paylaş