main-post-cover

    Sony yeni portativ oyun konsolu üzərində çalışmış ola bilər

    Cihazlar+
    02.02.2024
    Emil Nəcəfov
         İnsayderlərin vermiş olduqları məlumata əsasən Sony şirkəti öz yeni portativ oyun konsolunun hazırlanmasına start verib. Qeyd etmək lazımdır ki, şirkətin daha öncəki portativ oyun konsolları heç də uğurlu olmamışdılar. Hal-hazırda isə bazarda Nintendo Switch kimi bir lider konsolun olduğu halda bu bazara böyük şirkətlər çox nadir hallarda nəzər yetirirlər. Lakin görünür, Sony şirkəti yenidən bəxtini sınamaq qərarına gəlib.
         Məlumata əsasən Sony-nin yeni portativ oyun konsolu şərti olaraq PS Vita 2 adlanır. Lakin orijinal PS Vita-nın bazarda necə uğursuz olduğunu nəzərə alsaq, çətin ki, konsolun final adı məhz PS Vita 2 olsun. Məlumatda qeyd edilib ki, sözügedən layihə hələ ilkin hazırlanma mərhələsindədir və onu yaxın illərdə gözləmək lazım deyil. Üstəlik layihə nəticədə ləğv də oluna bilər. Hər halda insayderlər bildiriblər ki, yeni portativ oyun konsolunda hibrid AMD prosessorundan istifadə planlaşdırılır. Bununla belə konsol özündə RDNA 4 və ya RDNA 5 arxitekturalı qrafik nüvəni birləşdirə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Sony daha üç smartfonu üçün Android 14-ün stabil versiyasını istifadəyə verib
    sony-daha-uc-smartfonu-ucun-android-14-un-stabil-versiyasini-istifadeye-verib
    Sony Xperia 5 V üçün Android 14-ün stabil versiyası istifadəyə verilib
    sony-xperia-5-v-ucun-android-14-un-stabil-versiyasi-istifadeye-verilib
    Playstation 5 Pro barəsində yeni məlumatlar verilib
    playstation-5-pro-baresinde-yeni-melumatlar-verilib
    Sony ön kamerası ekranın alt hissəsinə yerləşdirilmiş smartfon üzərində çalışır
    sony-on-kamerasi-ekranin-alt-hissesine-yerlesdirilmis-smartfon-uzerinde-calisir
    Playstation 5 Pro-nun texniki göstəriciləri ortaya çıxıb
    playstation-5-pro-nun-texniki-gostericileri-ortaya-cixib