
TCL Thunderbird Q8 SE gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
14.02.2025
Emil
TCL şirkəti özününü Thunderbird adlı monitor seriyasının yeni gaming modelini təqdim edib. Yeni monitor TCL Thunderbird Q8 SE (Special Edition) adlanır. Bu yeni gaming monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü mini-LED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun 97%-ni, Adobe RGB rəng diapazonunun isə 95%-ni əhatə edir.

Monitor özündə AMD FreeSync Premium və NVIDIA G-SYNC texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI, DisplayPort 1.4, USB Type-C, USB Type-B, USB Type-A 3.0 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. USB Type-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. Bununla yanaşı monitor dekorativ RGB işıqlandırmanı və 3 vatt gücündə iki ədəd səsgücləndiricini əldə edib. TCL Thunderbird Q8 SE 18 fevral tarixində Çində satışa çıxacaq və onun qiyməti 451$ təşkil edəcək. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Mənbə: Gizmochina
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Ofis işləri üçün TCL Thunderbird U6 monitoru təqdim edilib - QİYMƏTİ
TCL şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru TCL Thunderbird U6 adlanır.

Cihazlar+
Böyük ölçülü TCL Thunderbird U9 monitoru təqdim edilib - QİYMƏTİ
TCL şirkəti böyük ölçülü monitorunu təqdim edib. Monitor TCL Thunderbird U9 adlanır.

Cihazlar+
Dünyanın 1000 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli ilk monitoru təqdim edilib
TCL şirkəti DisplayWeek 2024 konfransı çərçivəsində qeyri-adi monitorunu təqdim edib.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
