Logo
    main-post-cover

    Tecno şarj portsuz smartfon nümayiş etdirdi

    Cihazlar+
    02.03.2026
    Ilhama
        Technote.az "Engadget” platformasına istinadən bildirir ki, Barselonada keçirilən Mobile World Congress 2026 (MWC 2026) sərgisində Tecno diqqətçəkən və qeyri-adi bir smartfon konsepti ilə çıxış edib. Cəmi 4.9 mm qalınlığa malik olan bu cihaz demək olar ki, yalnız ekran, sadə kamera modulu və arxa hissədə yerləşən dörd ədəd pogo-pin konnektordan ibarətdir.
        Tecno stendində iki fərqli rəng xəttində modul ailələri nümayiş etdirilib. İstifadəçi ehtiyacına görə telefonu müxtəlif aksessuarlarla “tamamlaya” bilir: Böyük telefoto modul – 20x zoom imkanı təqdim edir. Modul kifayət qədər iri ölçülüdür və demək olar ki, əsas telefonun özündən bir neçə dəfə ağırdır. Üstəlik, manual fokus funksiyası da var. Cihazın incəliyi səbəbindən daxili batareyanın tutumu kiçikdir (dəqiq rəqəm açıqlanmayıb). Ən diqqətçəkən detal isə budur ki, telefonun özündə USB-C portu yoxdur. Şarj üçün ayrıca modul qoşmaq lazımdır və bu modul da digər aksesuarlar kimi arxa hissəyə bərkidilir.
        Hazırda bu model yalnız konsept mərhələsindədir və kommersiya versiyasının nə vaxtsa satışa çıxarılıb-çıxarılmayacağı məlum deyil.
    Paylaş