
Təqdim olunmamış Sony Xperia 1 VII flaqman smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
01.05.2025
Emil
Keçən ayın əvvəlində Sony Xperia 1 VII flaqman smartfonunun ilk render fotoları təqdim edilmişdi. İndi isə məlum olub ki, hələ təqdim olunmamış bu smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən Sony Xperia 1 VII smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, Sony-nin bu yeni flaqman smartfonu qutudan Android 15-i əldə edəcək. Beləliklə smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 2967 xal, çoxnüvəli testi çərçivəsində isə 9017 xal toplayıb. Sony Xperia 1 VII-in təqdimatı artıq bu ayın ortasında baş tuta bilər.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
