
Təqdimata az müddət qalmış Honor Magic 7 Pro-nun real fotoları təqdim edilib
Cihazlar+
21.10.2024
Emil
Honor şirkəti Honor Magic 7 smartfon seriyasını 30 oktyabr tarixində təqdim edəcək. Bu seriyaya minimum iki model daxil olacaq. Honor Magic 7 və Magic 7 Pro. Təqdimata az müddət qalmış insayderlər bu smartfonlardan birinin real fotolarını təqdim ediblər. Təqdim olunmuş fotolarda smartfon iki gövdə rəngində əks olunub. Qara və boz. Çox güman ki, fotolardakı model məhz Magic 7 Pro-dur. Fotolara əsasən smartfon kənarları əyilmiş dizaynda hazırlanmış ekranı əldə edib və ekran üzərində oval formalı çıxıntı yerləşib. Bu isə smartfonun ikili ön kameraya sahib olduğuna işarə edir. Arxa panelə gəldikdə isə orda 8 bucaqlı kamera sahəsi yerləşir. Kamera sahəsinin daxilində 3 ədəd obyektiv mövcuddur. Gözləntilərə əsasən Honor Magic 7 Pro smartfonu Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək.



Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
