main-post-cover

    Təqdimata az qalmış Samsung Galaxy Watch Ultra-nın detallı texniki göstəriciləri ortaya çxıblar

    Cihazlar+
    02.07.2024
    Emil Nəcəfov
         Samsung-un növbəti Galaxy Unpacked təqdimat tədbiri 10 iyul tarixində baş tutacaq. Sözügedən tədbirdə təqdim olunacaq yeni cihazlar arasında Galaxy Watch Ultra da olmalıdır. Təqdimata az müddət qalmış Galaxy Watch Ultra-nın ətraflı texniki özəllikləri təqdim edilib. Beləliklə təqdim edilmiş məlumata əsasən Samsung-un bu yeni flaqman smart saatı yalnız bir gövdə ölçüsü versiyasında təqdim olunacaq. Söhbət, 47 mm ölçülü gövdədən gedir. Smart saatın gövdəsi titan materialdan hazırlanacaq və onun ekranı yaqut materialdan hazırlanmış şüşə ilə əhatə olunacaq.
         Məlumata əsasən Galaxy Watch Ultra 1.5 düym ölçülü Super AMOLED ekranla təchiz olunacaq və Exynos W1000 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smart saat özündə 2 GB RAM ilə 32 GB daxili yaddaş həcmini birləşdirəcək. Batareya həcminə gəldikdə isə Galaxy Watch Ultra 590 mAh enerji tutumlu batareyanı əldə etməlidir. Smart saatda həmçinin naqilsiz şarj texnologiyasının dəstəyi də olacaq. Məlumatda qeyd edilib ki, smart saatın gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahib olacaq və onda LTE dəstəyi reallaşdırılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung, gələcək qatlana bilən smartfonlarında ekranının bütün nöqtələrinə barmaq izi oxuyucusu yerləşdirə bilər!
    samsung-gelecek-qatlana-bilen-smartfonlarinda-ekraninin-butun-noqtelerine-barmaq-izi-oxuyucusu-yerlesdire-biler
    Android 15 ilə OneUI 7.0-ı son yenilənmə kimi əldə edəcək Samsung smartfonlarının siyahısı təqdim edilib
    android-15-ile-oneui-70-i-son-yenilenme-kimi-elde-edecek-samsung-smartfonlarinin-siyahisi-teqdim-edilib
    Samsung Galaxy S25 Ultra-nın dizaynında iti kənar hissələr olmayacaq
    samsung-galaxy-s25-ultra-nin-dizayninda-iti-kenar-hisseler-olmayacaq
    Samsung-un təqdimata hazırlaşan yeni cihazlarının render fotoları təqdim edilib
    samsung-un-teqdimata-hazirlasan-yeni-cihazlarinin-render-fotolari-teqdim-edilib
    Samsung Galaxy Z Fold 6 və Z Flip 6 smartfonlarının orijinal keyslərdə fotoları təqdim edilib
    samsung-galaxy-z-fold-6-ve-z-flip-6-smartfonlarinin-orijinal-keyslerde-fotolari-teqdim-edilib