main-post-cover

    Təqdimata bir gün qalmış OnePlus 12 barəsində yeni rəsmi məlumatlar təqdim edilib

    Cihazlar+
    04.12.2023
    Emil Nəcəfov
         OnePlus şirkəti artıq sabah OnePlus 12 smartfonunu təqdim edəcək. Təqdimata bir gün qalmasına baxmayaraq şirkət smartfon barəsində məlumatları təqdim etməyə davam edir. Çinin Weibo adlı sosial şəbəkəsində şirkət tərəfindən təqdim edilmiş yeni posterlərə əsasən OnePlus 12 smartfonu 5400 mAh enerji tutumlu batareyanı əldə edəcək və 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Bununla yanaşı smartfon 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə sahib olacaq. Təqdim edilmiş digər posterdə isə qeyd edilib ki, OnePlus 12-nin gövdəsi IP65 standartı üzrə sudan qorunacaq. Qeyd etmək lazımdır ki, OnePlus 12 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.82 düym AMOLED ekranla təchiz olunmalı və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus 12 təqdimatdan öncə AnTuTu testlərindən keçib
    oneplus-12-teqdimatdan-once-antutu-testlerinden-kecib
    OnePlus 12 smartfon bazarında ən parlaq ekrana sahib olacaq
    oneplus-12-smartfon-bazarinda-en-parlaq-ekrana-sahib-olacaq
    OnePlus 12 kameraları vasitəsilə çəkilmiş foto nümunələr sərgilənib
    oneplus-12-kameralari-vasitesile-cekilmis-foto-numuneler-sergilenib
    OnePlus 12-nin qlobal versiyasının təqdimatı şirkət tərəfindən sızdırılıb
    oneplus-12-nin-qlobal-versiyasinin-teqdimati-sirket-terefinden-sizdirilib
    OnePlus 12-nin kamera göstəriciləri rəsmi şəkildə təqdim edilib
    oneplus-12-nin-kamera-gostericileri-resmi-sekilde-teqdim-edilib