main-post-cover

    Təqdimata bir neçə saat qalmış Honor 80 smartfonlarının yeni fotoları ortaya çıxıb

    Cihazlar+
    23.11.2022
    Farid Pardashunas
        Təqdimata bir neçə saat qalmış bütün Honor 80 modellərinin yeni fotoları ortaya çxıb. Ortaya çıxmış yeni fotolarda bu dəfə smartfonların ön panelləri əks olunublar. Yeni fotolarda smartfonların ön panellərinin dizaynlarını qiymətləndirmək olar. Həmçinin fotolardan birində Honor 80 SE-nin texniki özəllikləri əks olunub. Daha əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, adi Honor 80 modeli Honor 80 Pro kimi ikili ön kamera ilə təchiz olunacaq. Lakin ortaya çıxmış yeni fotolardan birində bunun belə olmayacağını görmək olar. Adi Honor 80 modeli bir ədəd ön kamera ilə təchiz olunacaq və o, ekranın yuxarı mərkəz hissəsində yerləşəcək kiçik dairəvi çıxıntının daxilində olacaq.
        Bununla yanaşı indiyənə kimi məlum deyildi ki, kənarları əyilmiş ekran dizaynını yalnız Honor 80 Pro modeli əldə edəcək yoxsa bu özəllik bütün Honor 80 modellərində reallaşdırılacaq. Beləliklə yeni fotolardan artıq məlum olub ki, bütün Honor 80 modellərində ekranın kənar hissələri əyilmiş dizaynda reallaşdırılacaq. Sözügedən smartfonların təqdim edilmiş fotolarından birində Honor 80 SE-nin üzərində onun texniki özəllikləri əks olunub. Beləliklə Honor 80 SE modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunacaq.
        Smartfon MediaTek Dimensity 1080 prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq Honor 80 SE özündə 64 MP-lik əsas arxa kameranı, 32 MP-lik ön kameranı və 66 vatt gücündə sürətli şarj texnologiyasına sahib 4600 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Adi Honor 80 modelinə gəldikdə isə o, yenicə təqdim edilmiş Snapdragon 782G prosessoru vasitəsilə çalışacaq. Seriyanın flaqman texniki özəlliklərinə sahib modeli məhz Honor 80 Pro olacaq. Belə ki, o, Snapdragon 8+ Gen 1 prosessoru və 160 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər