
Təqdimata hazırlaşan Honor GT-nin yeni fotoları ortaya çıxıb
Cihazlar+
10.12.2024
Emil
Dünən Honor şirkəti öz yeni smartfonunun təqdimatını anons etdi. Söhbət, Honor GT-dən gedir. Sözügedən smartfon 16 dekabr tarixində Çində təqdim ediləcək. İndi isə bu smartfonun yeni keyfiyyətli render fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolarda smartfon ağ gövdə rəngində həm ön paneldən həm də arxa paneldən əks olunub. Beləliklə fotolardan da görmək olar ki, Honor GT smartfonu yastı gövdə dizaynını əldə edəcək. Onun ekranı üzərində kiçik dairəvi çıxıntı yerləşəcək. Arxa paneldə isə düzbucaq formasında kamera sahəsi mövcud olacaq. Fotolara əsasən kamera sahəsinin daxilində 2 ədəd obyektivi görmək olar. Qeyd etmək lazımdır ki, Honor GT-nin Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir.



Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
