
Təqdimata hazırlaşan Honor Tablet GT Pro planşetinin ekran özəllikləri açıqlanıb
Cihazlar+
10.10.2024
Emil
Dünən Honor şirkəti Honor X60 smartfon seriyası ilə yanaşı üstəlik Honor Tablet GT Pro adlı yeni planşetinin təqdimatını da anons etdi. Bu cihazlar 16 oktyabr tarixində təqdim olunacaq. İndi isə şirkət bu yeni planşetin ekranı barəsində təfərrüatları bölüşüb. Beləliklə şirkətin sözlərinə əsasən Honor Tablet GT Pro planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3K keyfiyyətli 12.3 düym ölçülü OLED ekranla təchiz olunacaq. Ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit təşkil edəcək və o, 1.07 milyard rəngi əks etdirə biləcək. Qeyd etmək lazımdır ki, bu yeni planşet 8/12 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edəcək.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
