
Təqdimata hazırlaşan Honor X7c 4G-nin render fotoları və texniki imkanları təqdim edilib
Cihazlar+
09.10.2024
Emil
Honor şirkəti yeni büdcəli smartfonunun təqdimatına hazırlaşır. Söhbət, Honor X7c 4G-dən gedir. 91mobiles saytı öz növbəsində təqdimata hazırlaşan bu yeni smartfonun render fotolarını və texniki imkanlarını təqdim edib. Beləliklə təqdim edilmiş render fotolara əsasən Honor X7c 4G smartfonu yastı gövdə və ekran dizaynını əldə edəcək. Smartfonun arxa panelinin yuxarı sol hissəsində isə kvadrat formalı kamera sahəsi yerləşəcək və onun daxilində iki ədəd kamera yerləşəcək.

Məlumata əsasən Honor X7c 4G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.77 düym ölçülü IPS ekranla təchiz olunacaq. Smartfon Snapdragon 685 prosessoru vasitəsilə çalışmalı və özündə 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirməlidir. Kameralar mövzusunda smartfonun 108 MP + 2 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahib olacağı gözlənilir. Batareyaya gəldikdə isə Honor X7c 4G 35 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareyanı əldə edəcək.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
