
Təqdimata hazırlaşan OnePlus 13-ün batareya həcmi açıqlanıb
Cihazlar+
14.10.2024
Emil
OnePlus şirkəti öz yeni flaqman smartfonu olacaq OnePlus 13-ün təqdimatına hazırlaşır. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu yeni flaqman smartfonun batareyası barəsində məlumat verib. Beləliklə insayderin sözlərinə əsasən smartfon 5840 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Marketinq nöqteyi nəzərdən şirkət bunu 6000 mAh enerji tutumlu batareya kimi qələmə verəcək.
Lakin bununla belə daha əvvəlki OnePlus modelləri ilə müqayisədə OnePlus 13-ün batareya həcmi olduqca böyük olacaq. Bununla yanaşı insayder bildirib ki, yeni smartfon 100 vatt gücündə sürətli naqilli şarj texnologiyasını və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Qeyd etmək lazımdır ki, OnePlus 13 həmçinin Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessorunu əldə edəcək ilk smartfonlardan biri olacaq.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
