Logo
    main-post-cover

    Təqdimata hazırlaşan OnePlus 13-ün ekran özəllikləri açıqlanıb

    Cihazlar+
    10.10.2024
    Emil
         OnePlus şirkəti yaxın zamanda OnePlus 13 flaqman smartfonunu təqdim edəcək. İndi isə internetdə sözügedən smartfon barəsində yeni məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış yeni məlumatlara əsasən OnePlus 13 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli BOE X2 ekranla təchiz olunacaq və ekran üstəlik LTPO texnologiyasına sahib olacaq. Bu isə öz növbəsində yüksək keyfiyyətli və axıcı görüntünü təmin etməlidir.
         Bununla yanaşı smartfonun ekranı bütün tərəflərdən əyilmiş dizaynda hazırlancaq. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək. Gözləntilərə əsasən OnePlus 12 ilə müqayisədə OnePlus 13-ün ekranı daha yüksək parlaqlıq səviyyəsinə sahib olacaq. Qeyd etmək lazımdır ki, OnePlus-ın bu yeni smartfonu Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru vasitəsilə çalışmalı və özündə 6000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir
    Paylaş