Logo
    Təqdimata hazırlaşan OnePlus Ace 3V-nin yeni real fotoları ortaya çıxıb

    Təqdimata hazırlaşan OnePlus Ace 3V-nin yeni real fotoları ortaya çıxıb

    Cihazlar+
    15.03.2024
         Dünən OnePlus şirkəti rəsmi şəkildə açıqladı ki, OnePlus Ace 3V smartfonu artıq gələn həftə təqdim olunacaq. Smartfonun 19 mart tarixində təqdim olunacağı gözlənilir. İndi isə internetdə OnePlus Ace 3V-nin yeni real fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolarda smartfon bənövşəyi gövdə rəngində əks olunub. Fotolardan da görmək olar ki, OnePlus Ace 3V-nin arxa panelində oval formalı kamera sahəsi yerləşəcək və onun daxilində iki ədəd kamera obyektivi ilə LED işıqlandırma olacaq. Artıq rəsmi şəkildə təsdiqlənib ki, bu smartfon Snapdragon 7+ Gen 3 prosessoru vasitəsilə çalışacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...