
Təqdimata hazırlaşan OnePlus Ace 5-in keyfiyyətli render fotosu ortaya çıxıb
Cihazlar+
28.11.2024
Emil
Dünən OnePlus şirkəti rəsmi şəkildə təsdiqlədi ki, OnePlus Ace 5 smartfonları gələn ay təqdim olunacaqlar. Qeyd etmək lazımdır ki, bu seriyaya iki model daxil olacaq. OnePlus Ace 5 və Ace 5 Pro. İndi isə OnePlus Ace 5 modelinin render fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda smartfonun həm ön həm də arxa paneli əks olunub. Beləliklə fotodan da görmək olar ki, smartfon yastı gövdə dizaynını əldə edəcək. Smartfonun arxa panelinin yuxarı sol hissəsində isə dairəvi kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində 3 ədəd obyektiv mövcud olacaq. Gözləntilərə əsasən OnePlus Ace 5 smartfonu 1.5K keyfiyyətli ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
