main-post-cover

    Təqdimata hazırlaşan OnePlus Nord 4-ün ilk rəsmi fotosu təqdim edilib

    Cihazlar+
    04.07.2024
    Emil Nəcəfov
         OnePlus şirkəti dünən OnePlus Nord 4 smartfonunun təqdimatını anons etdi. Şirkət bu smartfonu 16 iyul tarixində Hindistanda təqdim edəcək. İndi isə insayderlər OnePlus Nord 4-ün ilk rəsmi fotosunu təqdim ediblər. Təqdim edilmiş fotoda smartfonun həm arxa paneli həm də ön paneli əks olunub. Fotodan da görmək olar ki, smartfon yastı gövdəni və ekranı əldə edəcək. Ekranın yuxarı mərkəz hissəsində kiçik ölçülü dairəvi çıxıntı yerləşəcək.
         Smartfonun arxa panelində isə iki ədəd kamera obyektivi mövcud olacaq və onlar üfüqi vəziyyətdə yerləşəcəklər. Qeyd etmək lazımdır ki, OnePlus Nord 4 smartfonu bu ilin mart ayında Çində təqdim olunmuş OnePlus Ace 3V smartfonunun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olmalıdır. Buna görə də gözləntilərə əsasən OnePlus Nord 4 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran, Snapdragon 7+ Gen 3 prosessoru və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OnePlus öz yeni cihazlarının təqdimat tədbirini anons edib
    oneplus-oz-yeni-cihazlarinin-teqdimat-tedbirini-anons-edib
    OnePlus Watch 2 smart saatı təqdim edilib - QİYMƏTİ
    oneplus-watch-2-smart-saati-teqdim-edilib-qiymeti
    OnePlus Pad Pro planşeti təqdim edilib - QİYMƏTİ
    oneplus-pad-pro-planseti-teqdim-edilib-qiymeti
    OnePlus Ace 3 Pro flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
    oneplus-ace-3-pro-flaqman-smartfonu-teqdim-edilib-qiymeti
    OnePlus Nord CE4 Lite təqdim edilib - QİYMƏTİ
    oneplus-nord-ce4-lite-teqdim-edilib-qiymeti