
Təqdimata hazırlaşan OnePlus Nord 4-ün yeni keyfiyyətli render fotoları təqdim edilib
Cihazlar+
09.07.2024
Emil
OnLeaks ləqəbli məşhur insayder Android Headlines saytı ilə birgə 16 iyul tarixində təqdim ediləcək OnePlus Nord 4 smartfonunun yeni keyfiyyətli render fotolarını təqdim edib. İnsayder bildirib ki, OnePlus Nord 4 smartfonu metal materialdan hazırlanmış gövdəni əldə edəcək və gövdənin kənar hissələri yastı olacaq. Render fotolardan da görmək olar ki, smartfonun arxa panelində iki ədəd kamera mövcud olacaq və onlar üfüqi vəziyyətdə yerləşəcəklər. Ekranın yuxarı mərkəz hissəsində isə kiçik dairəvi çıxıntı yerləşəcək. Gözləntilərə əsasən OnePlus Nord 4 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran, Snapdragon 7+ Gen 3 prosessoru və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.




Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
