Logo
    main-post-cover

    Təqdimata hazırlaşan OnePlus Nord CE 4 barəsində yeni rəsmi məlumatlar verilib

    Cihazlar+
    15.03.2024
         OnePlus özünün Nord seriyasının yeni smartfonu olacaq OnePlus Nord CE 4-ün təqdimatını artıq anons edib. Sözügedən smartfon 1 aprel tarixində təqdim olunacaq. Bununla belə şirkətin Hindistan üzrə şöbəsi X-dəki (keçmiş Twitter) hesabında OnePlus Nord CE 4 barəsində bəzi məlumatlar verib. Beləliklə verilmiş məlumatlara əsasən Nord seriyasının bu yeni smartfonu LPDDR4X standartlı 8 GB RAM-a sahib olacaq. Bununla yanaşı smartfonun RAM yaddaşını əlavə 8 GB həcmində virtual şəkildə artırmaq mümkün olacaq. Məlumatda qeyd edilib ki, OnePlus Nord CE 4-ün daxili yaddaş həcmini microSD kartı vasitəsilə 1 TB-a kimi yüksəltmək mümkün olacaq. Çox güman ki, smartfonun standart daxili yaddaş həcmi ya 128 GB ya da 256 GB təşkil edəcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Təqdimata hazırlaşan OnePlus Nord CE 4 barəsində yeni rəsmi məlumatlar verilib | Technote