Təqdimata hazırlaşan OnePlus Pad 2 planşetinin keyfiyyətli render fotoları təqdim edilib
OnePlus şirkəti 16 iyul tarixində OnePlus Nord 4 smartfonu ilə yanaşı həmçinin OnePlus Pad 2 planşetini də təqdim edəcək. Bu planşet bir neçə müddət bundan öncə Çində təqdim edilmiş OnePlus Pad Pro-nun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olmalıdır. İndi isə OnLeaks ləqəbli məşhur insayder Android Headlines saytı ilə birlikdə OnePlus Pad 2-nin keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan belə qənaətə gəlmək olar ki, OnePlus Pad 2 planşeti xarici görünüşcə keçən ilki OnePlus Pad-ə bənzəyəcək. Planşetin arxa panelində dairəvi kamera sahəsi yerləşəcək. Ön paneldən isə planşet qalın ekran ətrafı çərçivəni əldə edəcək. OnePlus Pad 2-nin 12.1 düym ölçülü IPS ekranla təchiz olunacağı, Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı və özündə 67 vatt gücündə sürətli şarj texnologiyalı 9510 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...