Logo
    main-post-cover

    Təqdimata hazırlaşan OnePlus Pad Lite planşetinin dizaynı sərgilənib

    Cihazlar+
    04.07.2025
    Emil
         OnePlus şirkəti öz yeni planşetini təqdim etməyə hazırlaşır. Söhbət, OnePlus Pad Lite-dan gedir. Sözügedən planşet 8 iyul tarixində təqdim olunmalıdır. Təqdimata sayılı günlər qalmış şirkət OnePlus Pad Lite planşetinin rəsmi render fotolarını təqdim edərək onun xarici görünüşünü sərgiləyib. Render fotolardan da görmək olar ki, bu yeni planşet xarici görünüşcə ümumilikdə daha öncəki OnePlus planşetlərindən heç də fərqlənməyəcək. Planşetin arxa panelində dairəvi kamera sahəsi yerləşəcək. Bununla yanaşı müşahidə etmək olar ki, planşetin ekran ətrafı çərçivələri nisbətən daha nazik olacaqlar. OnePlus Pad Lite planşetinin texniki imkanları barəsində məlumat yoxdur.
    Paylaş