
Təqdimata hazırlaşan OnePlus Watch 2R smart saatının keyfiyyətli render fotoları təqdim edilib
Cihazlar+
09.07.2024
Emil
OnePlus şirkətinin 16 iyul tarixində təqdim edəcəyi yeni cihazlardan biri də OnePlus Watch 2R smart saatı olacaq. OnLeaks ləqəbli məşhur insayder öz növbəsində Android Headlines saytı ilə birlikdə bu smart saatın keyfiyyətli render fotolarını təqdim edib. İlk növbədə qeyd etmək lazımdır ki, bu yeni smart saat bir neçə müddət bundan öncə Çində təqdim edilmiş OnePlus Watch 2-nin qlobal bazar üçün nəzərdə tutulmuş versiyası rolunda çıxış edəcək. Smart saat bazara iki gövdə rəngində satışa çıxacaq. Qara və gümüşü. Qara gövdə rənginə sahib versiya özündə qara rəngli kəməri, gümüşü gövdə rənginə sahib versiya isə özündə yaşıl rəngli kəməri birləşdirəcək. Texniki göstəricilərə gəldikdə, OnePlus Watch 2R AMOLED ekranı əldə etməli və Snapdragon W5+ prosessoru vasitəsilə çalışmalıdır. Bununla yanaşı smart saatın gövdəsi çox güman ki, IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq.



Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
