
Təqdimata hazırlaşan Samsung Galaxy A17-nin render fotosu ortaya çıxıb
Samsung şirkəti Galaxy A17 adlı yeni orta büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə internetdə bu smartfonun render fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda Galaxy A17-nin həm arxa paneli həm də ön paneli əks olunub. Render fotodan da görmək olar ki, smartfon yastı gövdə dizaynını əldə edəcək və onun ekranı üzərində damcı formalı çıxıntı yerləşəcək. Smartfonun arxa panelində isə oval formalı kamera sahəsi mövcud olacaq. Kamera sahəsinin daxilində 3 ədəd kamera olacaq. Beləliklə Galaxy A17 modeli arxa panel dizaynı baxımından Galaxy A36 və Galaxy A56 modellərinə bənzəyəcək. Gözləntilərə əsasən Galaxy A17 smartfonu 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunacaq, Exynos 1330 prosessoru vasitəsilə çalışacaq və özündə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.

Paylaş