Logo
    main-post-cover

    Təqdimata hazırlaşan Sony Xperia 1 VI flaqman smartfonunun texniki imkanları açıqlanıb

    Cihazlar+
    03.05.2024
    Farid
         Sony şirkəti bir neçə müddət bundan öncə elan etmişdi ki, 17 may tarixində öz yeni təqdimat tədbirini keçirəcək. Baş tutacaq tədbirdə Sony Xperia 1 VI flaqman smrtfonunun təqdim olunacağı gözlənilir. İndi isə internetdə sözügedən smartfonun texniki imkanları ortaya çıxıb. Beləliklə məlumata əsasən Sony Xperia 1 VI smartfonu Bravia ekranını əldə edəcək. Bu, LTPO texnologiyası vasitəsilə hazırlanmış və HDR dəstəkli OLED ekran olacaq. Bununla yanaşı ekran 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsini dəstəkləyəcək.
         Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Məlumata əsasən Sony Xperia 1 VI üçlü arxa kameranı əldə edəcək. 2 qat optik zoom-a sahib 24 mm-lik geniş bucaqlı obyektiv, 16 mm-lik ultra geniş bucaqlı obyektiv və 7 qat zoom özəllikli 85-170 mm-lik teleobyektiv. Kameralar üstəlik optik stabilizasiya özəlliyini dəstəkləyəcəklər. Bununla yanaşı məlumatda qeyd edilib ki, Sony Xperia 1 VI özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirəcək və qutudan Android 14-ü əldə edəcək.
    Paylaş